01Texnologiya və innovasiya
Müasir ağıllı ev və bina avtomatlaşdırma texnologiyalarını layihələrə inteqrasiya edirik.
Haqqımızda
AS Technologies MMC 5 dekabr 2019-cu ildə təsis edilmiş və ağıllı ev, bina avtomatlaşdırılması və ağıllı idarəetmə sistemləri sahəsində fəaliyyət göstərən texnologiya şirkətidir.
Şirkət fərdi və korporativ müştərilər üçün müasir avtomatlaşdırma həlləri təqdim edir. Əsas fəaliyyət istiqamətimiz müxtəlif sistemlərin vahid idarəetmə mühitində inteqrasiyasını təmin etməklə məkanlarda komfortu, təhlükəsizliyi və enerji səmərəliliyini artırmaqdır.
AS Technologies-in təqdim etdiyi TIS texnologiyaları işıqlandırma, iqlim sistemləri, təhlükəsizlik, enerji idarəetməsi, motorlaşdırma, audio-video, interkom, girişə nəzarət və digər funksiyaların avtomatlaşdırılmasına imkan verir. TIS-in məhsul portfelində simli və simsiz avtomatlaşdırma həlləri ilə yanaşı müxtəlif sensor, idarəetmə, gateway və interfeys məhsulları mövcuddur.
Missiyamız
Missiyamız müasir avtomatlaşdırma texnologiyalarını müştərilər üçün əlçatan və effektiv həllərə çevirərək daha rahat, təhlükəsiz və enerjiyə qənaət edən yaşayış və iş mühiti yaratmaqdır.
Biz hər bir layihəyə fərdi yanaşaraq müştərinin texniki və funksional tələblərinə uyğun avtomatlaşdırma həlləri formalaşdırmağı qarşıya məqsəd qoyuruq.
Gündəlik istifadəni sadələşdirən ağıllı həllər
Müasir nəzarət və qoruma sistemləri
Enerji sərfiyyatının optimallaşdırılması
Niyə AS Technologies?
01Müasir ağıllı ev və bina avtomatlaşdırma texnologiyalarını layihələrə inteqrasiya edirik.
02İşıqlandırmadan təhlükəsizlik və iqlim nəzarətinə qədər müxtəlif sistemlərin vahid idarəetmədə birləşdirilməsini təmin edirik.
03Hər layihənin xüsusiyyətlərinə və müştərinin ehtiyaclarına uyğun həllər təqdim edirik.
04Avtomatlaşdırma vasitəsilə gündəlik istifadəni sadələşdirməyə, enerji sərfiyyatını optimallaşdırmağa və təhlükəsizliyi artırmağa kömək edirik.
05TIS-in simli və simsiz avtomatlaşdırma ekosistemindən istifadə etməklə müxtəlif layihələr üçün çevik həllər formalaşdırırıq. TIS-BUS və TIS AIR texnologiyaları simli və simsiz məhsulların birlikdə işləməsinə imkan verir.